Alimlər


VƏLİYEVA, Elmira B.

Geologiya-mineralogiya elmləri doktoru



Azərbaycan  Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirib (1959). Geologiya-mineralogiya elmləri doktoru (1993). 2010-cu ildən AMEA-nın Geologiya İnstitutunda işləyir. “Neft-qaz-mədən geologiyası və geofizikası” şöbəsinin rəhbəridir. “Tərəqqi” medalı ilə , ARDNK-nın  fəxri fərmanı ilə təltif edilib və Azərbaycan prezidentinin fərdi təqaüdçüsüdür.


Elmi tədqiqat sahələri: uzun müddət işlənilən neft və qaz yataqlarının geoloji mədən və geofiziki parametrlərinin modelləşdirilməsi. Kollektor süxurların filtrasiya həcm xüsusiyyətlərinin öyrənilməsi məqsədi ilə metodoloji əsasların yaradılması və təkmilləşdirilməsi və işlənilmə göstəricilərinə onların təsirinin qiymətləndirilməsi. Neft və qaz yataqlarının işlənməsinin vaxt ərzində əsas göstəricilərinin dəyişməsinin analizi.

90-dan çox elmi işin, 2 monoqrafiyanın müəllifidir.


Əsas elmi əsərlərinin siyahısı:

  1. Геолого-статистичекий анализ результатов переоценки нефтяных залежей Апшеронского полуосрова . Монография.-1991
  2. Состояние  и проблемы нефтегазовых месторождений и перспективных структур  Азербайджанского сектора Каспия.-1998
  3. Геологические основы комплексной оценки ресурсов месторождений нефти и газа. Монография. -2007
  4. Обоснование и сопоставление результатов переоценки углеводородных запасов традиционным методом и SPE / WPC.-2009
  5. К вопросу статуса классификации запасов и ресурсов углеводородов в Азербайджане.- 2011 


E-mail: [email protected]