Alimlər


STREKOV, Anatoliy S.

Texnika elmləri dokturu



1975-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsini bitirib. 1994-cü ildən texniki elmlər doktorudur. 2003-cü ildən AMEA-nın Geologiya İnstitutunda işləyir. “Layların neftveriminin artırılması üsulları” şöbəsinin rəhbəridir.


Elmi tədqiqat sahələri: Neft çıxarılışının intensifikasiyası və layların neftveriminin mövcud olan üsullarının öyrənilməsi, inkişafı və təkmilləşdirilməsi.

110-dan artıq elmi işlərin və 2 müəlliflik şəhadətnaməsinin müəllifidir.


Əsas elmi əsərlərinin siyahısı:

  1. Məsaməli mühitdə polimer məhlullarının relaksasiya xassəsinin temperaturdan asılılığı.Azərb. SSR Elmlər Akademiyasının Xəbərləri, Yer elmləri seriyası, 1986, № 2, S. 130- 135.
  2. Su axınının məhdudlaşdırılması effektivliyinin artırılması məqsədilə quyudibi ətrafın polimer məhlulları ilə işlənməsinin texnoloci parametrlərinin seçilməsi. Azərbaycan  neft təsərrüfatı, 1997,  №5, S. 29-34.
  3. Termopolimer təsir ilə neftçıxarmanın xüsusiyyətlərinin öyrənilməsi. AMEA «XƏBƏRLƏR» YER ELMLƏRİ, 2004, №4, S.91-96.
  4. Neft  quyularında su axınının məhdudlaşdırılması effektivliyinin artırılması. Bakı, «Nafta- Press», 2009, - 256 s.
  5. Balaxanı-Sabunçi-Ramana yatağında neftvermənin artırılması üçün dizel-qələvi tətbiqinin nəticələri. Azərbaycan  neft təsərrüfatı, 2011,  №1, S. 27-30.