Alimlər


MAHMUDOV, Hikmət İ.

Geologiya-mineralogiya elmləri doktoru



Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirib (1963). Geologiya-mineralogiya elmləri doktoru (1992), professor. 1966-cı ildən AMEA-nın Geologiya İnstitutunda işləyir. “ Geoloji-geofiziki elmlərin tarixi” şöbəsinin rəhbəridir. “Tərəqqi”  medalı ilə təltif olunub.


Elmi tədqiqat sahələri: Azərbaycanın geologiyası tarixinin öyrənilməsi, əvvəlcədən tədqiq olunmuş işlərin seçilməsi, onların sistemləşdirilməsi, xronoloji qaydada yerləşdirilməsi, alınmış nəticələrin müasir qaydada analizi , bu elmi sahələrin mərhələli uyğun inkişafı.


200-dən artıq elmi işin, 9 monoqrafiyanın , 7 müəlliflik şəhadətnaməsinin müəllifidir.


Elmi əsərlərin siyahısı

  1. Azərbaycanın vulkanik şüşələri (rus dilində). Bakı, Azərnəşr, 1974.
  2. Qeyri-filiz fayda­lı qazıntılar və on­ların tətbiqi. Bakı, Azər­nəşr, 1980. 
  3.  Faydalı qazıntılar və onların tətbiqi. Bakı, Azər­nəşr, 1985.
  4.  Perlitlər və onların tətbiq sahələri (rus dilində). Bakı, Azər­nəşr, 1991.
  5.  İnsan və təbiət. Bakı, İşıq, 1992.
  6.  Geokimyanın əsas­ları. Bakı, Hərbi nəşr., 1996.
  7.  Təbii ehti­yat­la­rın isti­fadəsi və mühafi­zə­si. Bakı, Nafta-Press, 1999.
  8.  Azərbaycanın mine­ral xam­­mal sərvətləri və ətraf mühit (dərs­lik). Bakı, Nafta-Press, 2000.
  9. Azərbaycanın mezo-kaynozoy yaşlı perlitlərinin fiziki-kimyəvi xüsusiyyətləri və onların ekoloji mühitə təsiri. AMEA- “Xəbərlər” Yer elmləri bölməsi. 2001.
  10. H.İ.Mahmudov. "Azərbaycanın mezo-kaynozoy yaşlı vulkanik şüşələrinin tətbiqi mahiyyəti" (rus dilində). "Tətbiqi geologiya" toplusuna təqdim edilib, mart, 2011. 
  11. H.İ.Mahmudov. "Oxucu sevgisi qazanmış dərgi". "Elm və həyat" jurnalı, Bakı, №1,2011.
  12. H.İ.Mahmudov. Şöbənin apardığı elmi istiqamət üzrə "Geoloji tariximizə nəzər" adlı 12 çap vərəqi həcmində kitab hazırlanıb. "Elm" nəşriyyatında çapdadır, Bakı, "Elm", 2012.
  13. H.İ.Mahmudov. Geologiya elminin yaranma tarixi. "Elm" qəzeti, Bakı, aprel, 2012.
  14. H.İ.Mahmudov. Elmimizdə hadisə. "Xalq" qəzeti, Bakı, iyul, 2012.
  15. H.İ.Mahmudov. Perlitin tədqiqi dünya miqyasında. "Elm və həyat" jurnalı, Bakı, 2012.
  16. H.İ.Mahmudov. Alimlərimizin yeni elmi töhfələri. "Elm və həyat" jurnalı, Bakı, 2012.

Konfranslar

  1. Azərbaycanın perlit yataqları, onların geokimyəvi xususiyyətləri və yeni tətbiq sahələri. “Azərbaycanın faydalı qazıntıları, perspektiv sahələrin proqnozlaşdırılması və yeni tədqiqat üsulları” VI Respublika elmi konfransının materialları, “Bakı Universitetının nəşr-tı” 2002.
  2. Azərbaycanın kaynozoy yaşlı perlitlərinin oksoni növ suyun (H3O) və deyterinin ilk dəfə aşkar edilməsi. Ş. Əzizbəyovun anadan olmasının 100 illiyinə həsr edilmiş “Qafqazın geodinamikası, petrologiya və metallogeniyasının problem məsələləri” adlı elmi konfransın materialları. Bakı, 2007.
  3. Təbii sərvətlərdən istifadə və onun müasir problemləri. Akademik Həsən Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi” adlı IV Beynəlxalq elmi konfransın materialları, Sumqayıt 2007.
  4. Dərinlik filizləşməsində flyüidlərin rolu. Akademik M.Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın faydalı qazıntıları mövzusunda Respublika elmi konfransının materialları. Bakı, BDU, 2008.
  5. Filiz yataqları əmələ gətirən metallik komponentlərin əsas mənbəyi. BDU-nun 90 illiyinə həsr olunmuş Beynəlxalq konfransın materialları, 2009.
  6. H.İ.Mahmudov. Azərbaycanın mineral xammal sərvətləri və müasir elmi-texniki tərəqqi. "Azərbaycan geologiyası" Respublika elmi konfransının materialları, BDU, Bakı, 2010, həmmüəllif K.F.Səmədova.
  7. H.İ.Mahmudov. "Geologiya elmi tarixinə qısa səyahət" mövzusunda Azərbaycan Dövlət Neft Akademiyasında çıxışı, aprel, 2011.

 

E-mail: [email protected]