Alimlər


FEYZULLAYEV, Əkbər Ə.

AMEA-nın müxbir üzvü



1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirib (1970). 1992-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 1973-cü ildən AMEA-nın Geologiya İnstitutunda işləyir. “Çökmə hövzələrinin flüid dinamikası” şöbəsinin rəhbəridir. Azərbaycan Dövlət mükafatı laureatıdır. “Tərəqqi”  medalı ilə təltif olunub.


Elmi tədqiqat sahələri: Yer qabığının kontrast-şaquli və horizontal hərəkəti və s. Tələlərdəki yığılmalardan karbohidrogen yataqlarının əmələ gəlməsi prosesinin və bu prosesi müşayiət edən diapirizm, vulkanizm, anomal-yüksək təzyiqlərin özünü biruzə verilməsinin və s. tədqiqi. Geofiziki sahələrdə geokimyəvi proseslərin əksinin əlamətləri əsasında karbohidrogenlərin yeni kriterilərinin axtarışının işlənilməsi.

230-dan artıq elmi əsər,  5 monoqrafiya və 1 müəlliflik şəhadətnaməsi var.

E-mail: [email protected]