Alimlər


DADAŞOV, Fərid H.

Geologiya-mineralogiya elmləri doktoru



Azərbaycan Sənaye  İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirib (1952). Geologiya-mineralogiya elmləri doktoru (1965), professor, Azərbaycanın əməkdar elm xadimi (1991). 1957-ci ildən AMEA-nın Geologiya İnstitutunda işləyir. “Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi” şöbəsinin rəhbəridir. İki dəfə Azərbaycan Dövlət mükafatı laureatıdır. Azərbaycan prezidentinin fərdi təqaüdçüsüdür.


Elmi tədqiqat sahələri: təbii qazların geologiya və geokimyası, neft və qaz axtarışı, palçıq vulkanizmi. O Azərbaycan və Xəzər dənizinin karbohidrogen qazlarının qanunauyğun dəyişkənliyini təyin edib. Hidrosferadakı qazların tədqiqinin, neftqaz toplanması zonaların təyin etmək üçün qazın geokimyəvi kriterilərini yeni üsulu onun tərəfindən təklif olunmuşdur.


300-dən artıq elmi işin, 8 monoqrafiyanın müəllifidir.


E-mail:
[email protected]