Alimlər


ABBASOV, Zöhhak Y.

AMEA-nın müxbir üzvü



Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat  fakültəsini bitirib (1961). Texnika elmləri doktoru (1989). AMEA-nın müxbir üzvü (2001). 2003-cü ildən AMEA-nın Geologiya İnstitutunda işləyir. “Neft-qaz hasilatı texnologiyası” şöbəsinin rəhbəridir. “Tərəqqi” medalı ilə təltif olunur.
 

Elmi tədqiqat sahələri: flüidlərin faza vəziyyətinin analitik və eksperimental tədqiqi, bu baza əsasında yüksək təzyiq və temperaturu nəzərdə tutaraq yeni metodik yanaşmalar vasitəsi ilə neft və qaz yataqlarının texnoloji göstəricilərinin təyini.


150-dən çox elmi işin, 3 monoqrafiya, 5 müəlliflik şəhadətnaməsi, 2 Azərbaycan və 1 Rusiya patentinin müəllifidir.


Elmi əsərlərin siyahısı:

  1. Məsaməli mühitin kondensatın quru karbohidrogen qazla təsir zamanı buxarlanmasına təsiri (REA-nın məruzələri, №3, 405-ci cild, 2005, s. 368-370).
  2. Qazkondensat sistemlərində faza çevrilmələrinə yeni baxış və onun eksperimental öyrənilməsi (REA-nın məruzələri, №3, 403-ci cild, 2005, s. 370-372).
  3. Qazkondensat yataqlarının işlənilməsində faza çevrilmələri haqqında REA-nın məruzələri, №6, 427-ci cild, 2009, s. 802-805). 
  4. Lay şəraitini nəzərə almaqla qazkondensat sisteminin differensial kondensasiyasının tənliyi (ANT jurnalı, №9, 2011, s. 22-25).
  5. Qazkondensat yatağının istismar mərhələsindən asılı olaraq quyudibi zonaya təsir göstəricilərinin eksperimental öyrənilməsi (AMEA Xəbərlər, Yer Elmləri,  №2, 2011 il, 25-31 s.).
  6. Qazkondensat qarışığının kondensasiyasının başlanma təzyiqi və onun təyini üsulu. ANX, 2011, №5, səh.30-34. Abasov M.T., Abbasov Z.Y., Fətəliyev V.M., Həmidov N.N., Məmmədova G.H. 
  7. Statistik metodlarından istifadə etməklə neftin fraksiyalarının böhran parametrlərinin təyini. Yer Elmləri, Xəbərlər jurnalı, 2012. Qasımova R.C., Səlimova T.A. 



Konfranslar

  1. Qazların xüsusiyyətlərinin qazkondensat quyusunun quyudibi zonasının effektiv işlənməsinə təsiri. "Neftqazçıxarmada yeni texnologiyalar". II Beynəlxalq elmi-praktiki konfrans. Məruzələrin tezisi, Bakı, 6-7 sentyabr, 2012. Abasov M.T., Abbasov Z.Y., Fətəliyev V.M., Həmidov N.N., Məmmədova G.H., Qasımova R.C. 
  2. Kondensat mikrorüşeyminin yaranma mexanizminin öyrənilməsi və onun tükənmədə olan qazkondensat yataqlarının faza göstəricilərinə təsiri. "Neftqazçıxarmada yeni texnologiyalar". II Beynəlxalq elmi-praktiki konfrans. Məruzələrin tezisi, Bakı, 6-7 sentyabr, 2012. Abasov M.T., Abbasov Z.Y., Fətəliyev V.M., Həmidov N.N., Məmmədova G.H.
  3. Fontan neft quyularında quyudibi təzyiqinin hesablanma metodikası. "Neftqazçıxarmada yeni texnologiyalar". II Beynəlxalq elmi-praktiki konfrans. Məruzələrin tezisi, Bakı, 6-7 sentyabr, 2012. Əl-Salehi Əhməd.



E-mail:
[email protected]