Gİ-nin əsərləri


AZƏRBAYCAN ƏRAZİSINDƏ ZƏLZƏLƏLƏRİN MAKSİMUM MAQNİTUD VƏ İNTENSİVLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ.

(F.Ə.Qədirov, Q.C.Yetirmişli, A.H.Qədirov)



Xülasə
 
Məqalədə Azərbaycanda mümkün ola biləcək maksimal maqnitudalı zəlzələlərin paylanması nəzərdən keçirilir. REA GM, NEIC, IRIS, CTBTO, ANSS kimi beynəlxalq seys­moloji mərkəzlərin və Azərbaycan Milli Elmlər Akademiyasının Respublika seysmo­loji xidmət mərkəzinin açıq informasiyaları əsasında tərtib olunmuş, zəlzələlərin katalo­qundan (1902 - 2008-ci illər ərzində) istifadə olunmuşdur.
Azərbaycanda mümkün ola biləcək maksimal maqnitudalı zəlzələlərin paylanmasını əks etdirən xəritədə Şamaxı-İsmayıllı seysmoaktiv zonası (Mmax=6.5) və Abşeron yarım­ada­sının cənubu (Mmax=6.2) xüsusi olaraq seçilir. Bunlara nisbətən digər maksimumlar Şəki. (Mmax=5.5), Lənkəran (Mmax=5.2), Cəbrayıl (Mmax=5.5) və Balakən (Mmax=5.5) rayon­larındadır.
Tədqiqatlar nəticəsində bir neçə maksimal intensivlikli zona aşkar edilmişdir. Daha böyük intensivliyə malik olan zona Abşeron yarımadasından cənubda (9.0 bal), Abşeron yarımadasından şimalda (8.5 bal), Şamaxı (8.5 bal) və Biləsuvar (8.0 bal) rayonlarındadır.