Xəbərlər


GGİ ALİMLƏRİNİN ELMİ MƏQALƏSİ DÜNYANIN YÜKSƏK REYTİNQLİ JURNALINDA DƏRC OLUNUB


1 oktyabr 2019-cu il

AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin rəhbəri geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin, həmin şöbənin aparıcı elmi işçisi Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun və elmi işçi Elnur Baloğlanovun həmmüəllif olduqları məqalə neft geologiyası sahəsində dünyanın yüksək reytinqli, Q1 kateqoriyalı jurnalı “Marine and Petroleum Geology”da dərc edilib.

Azərbaycan və fransız alimlərinin çoxillik tədqiqatlarıının nəticələri əsasında ərsəyə gəlmiş məqalə palçıq vulkanlarının morfoloji formalarının əmələ gəlməsini, o cümlədən vulkan qurğusunun təkamülü üçün yeni modellərın və qanunauyğunluqların müəyyənləşdirilməsini ehtiva edir.

2016-cı ildən başlayaraq palçıq vulkanizmi problemilə bağlı tədqiqatları davam etdirən yerli və fransız alimlərin əldə etdikləri yeni analoji elmi nəticələr həmçinin Avstriyada, Norveçdə, Fransada və Amerikada reallaşmış ən nüfuzlu elmi konfranslarda məruzə olunub.



GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]