Xəbərlər


YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI


15 may 2019-cu il

GGİ-də seysmik təhlükənin avtomatik qiymətləndirilməsinin əsas aspektlərinə həsr edilmiş elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan GGİ-nin elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü, g.-m.e.d. Dadaş Hüseynov açaraq ölkədə seysmoloji durumun aktuallığını diqqətə çatdırıb və məruzəçi g.-m.e.d. Ramidə Kərəmovanı (Respublika Seysmoloji Xidmət Mərkəzi) iştirakçılara təqdim edib.

R.Kərəmova “Azərbaycanda flüidlər rejiminin illik monitorinqi əsasında seysmik təhlükənin avtomatik qiymətləndirilməsinin əsas aspektləri” mövzusunda təqdimatla çıxış edib. Seysmoloq alim görülən işlərlə bağlı məruzəsini diaqram, cədvəl, infoqrafika və fotolar əsasında reallaşdırıb. Bildirib ki, yerinə yetirilən operativ seysmoproqnozun regionları əsasən dörddür: 1. Qafqaz-Xəzər regionu; 2. Anadolu-İran regionu; 3. Hinduquşun dərinfokuslu seysmik zonaları ölkələri (mb≥6.0; h≥90 km); 4. Planetar fəlakətli zəlzələ ocaqları. Zərurət olduqda bu coğrafiya genişləndirilə bilər. Bütün alınmış nəticələrin etibarlığı isə 80÷85% -ə çatır.

Ramidə Kərəmova təqdimatla bağlı çoxsaylı sualları cavablandırıb. Daha sonra elmi məruzə ətrafında çıxışlar olub. 












 GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]