Xəbərlər


QƏBƏLƏDƏ ACC-nin X QURULTAYI KEÇİRİLƏCƏK


07 may 2019-cu il

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun dəstəyi ilə may ayının 25-26-da Qəbələ rayonu Çuxurqəbələ Arxeoloji mərkəzində Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) X qurultayı keçiriləcək.

Qurultayda Cəmiyyətin prezidenti akademik Ramiz Məmmədov “Azərbaycan Coğrafiya Cəmiyyəti 80 ildə” mövzusunda məruzə ilə çıxış edəcək.

Qurultayda həmçinin qlobal iqlim dəyişmələri, Xəzər dənizi tədqiqinin müasir vəziyyəti, coğrafiyaçı kadrların hazırlanmasının perspektivləri, ətraf mühitin mühafizəsi, tibbi və fiziki coğrafiya, ACC-nin beynəlxalq əlaqələri və digər məsələlər müzakirə ediləcək.

KİV-lər tədbirə dəvət olunur.