Xəbərlər


GGİ ELMİ ŞURASININ İCLASNDA MARAQLA MƏRUZƏ DİNLƏNİLMİŞDİR


 3 may 2019-cu il

Geologiya və Geofizika İnstitutunun (GGİ) növbəti Elmi şurasının iclasını bu müəssisənin elmi işlər üzrə direktor müavini AMEA-nın müxir üzvü, g.-m.e.d. Dadaş Hüseynov açaraq iştirakşıları gündəliklə duran elmi-təşkilati məsələlərlə tanış etmişdir.

D.Hüseynov sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təltif edilmiş GGİ Neftli-qazlı hövzələrin litogenezisi şöbəsinin aparıcı elmi işçisi Vəcihə Zöhrabovaya “Tərəqqi medalı”nı və Müasir geodinamika və kosmik geodeziya şöbəsinin aparıcı elmi işiçisi y.e.f.d. Rafiq Səfərova “dosent”diplomunu təqdim etmişdir.

İclasın gündəliyinə uyğun olaraq g.-m.e.d. İbrahim Səfərovun “Yüksək termobarik şəraitdə Azərbaycanın mantiyasının və litosferinin petrofiziki modelləri”mövzusunda elmi məruzəsi dinlənilmişdir. Məruzə ilə bağlı suallar cavablandırılmış və çıxışlar olmuşdur.Elmi məruzə ilə bağlı müvafiq qərar qəbul edilişdir.

ETİ proqramlarının müzakirəsində “Kompleks biostratiqrafik və paleomaqnit tədqiqatlar əsasında Cənub-Şərqi Qafqazın miosen çöküntülərinin stratiqrafik bölgüsü və korrelyasiyası” (2019–2021) , “Abşeron-Qobustan sürüşmə sahələrinin 3D geoloji-geofiziki kəsiliş modelləri və aktiv dinamikası” g.-m.f.d. Əvəz Salamovun məlumatları ətrafında çıxışlar edilmiş və suallar cavablandırılmışdır.

AMEA GGİ və Massaçusets Texnologiya İnstitutu tərəfindən yaradılmış Beynəlxalq laboratoriyada elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin gedişatı, AMEA-İtaliya Milli Tədqiqatlar Şurası (CNR) proqramı çərçivəsində aparılan müştərək elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin gedişatı haqqında akademik Fəxrəddin Qədirovun məlumatı da maraqla qarşılanmış, müzakirə və sual-cavabdan sonra qəbul edilmişdir.

Elmi şuranın iclasında Geologiya və Geofizika İnstitutu II kurs magistrantlarının elmi-tədqiqat və elmi-pedaqoji təcrübələri haqqında y.e.f.d. Səadət Ələkbərovanın, eləcə də GGİ-nin doktorant və dissertantlarının fərdi iş planlarının təsdiqi haqqında Larisa Biryukovanın məlumatları diqqətə çatdırılmışdır.



















GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]