Xəbərlər


GGİ-də RƏHBƏR HEYƏTİN MÜLKİ MÜDAFİƏ MƏŞQİ REALLAŞIB


 25 aprel 2019-cu il

Geologiya və Geofizika İnstitutunda “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.

Məşqi İnstitutun Elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açıb.Tədbirin 2019-cu tədris ili üçün mülki müdafiə tədbirləri planına əsasən təşkil olunduğun qeyd edib.

D.Hüseynov bildirib ki, məşqin keçirilməsində məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsini yoxlamaq,mülki müdafiə planının öyrənilməsi və dəqiqləşdirilməsi,fövqəladə hallarda davamlı idarəetmənin təkmilləşdirilməsi və mülki müdafiə tədbirlərinin yerinə yetirərkən əməkdaşlara rəhbərlik etməkdə rəhbər,komandir-rəis heyətinin bacarığının artırılması üzrə vərdişlərin aşılanmasıdır.

Sonra GGİ-nin Mülkü Müdaifə Qərargahının rəisi Oqtay Fərzəliyevin məlumatında vurğulayıb ki, məşqə hazırlıq mərhələsində məşqin təşkili və keçirilməsi haqqında obyekt rəhbərinin əmri verilib, məşqin keçirilmə planı tərtib olunub, rabitə vasitələrinin vəziyyətinə baxış keçirilmiş və məşqin keçirilməsi ilə bağlı digər təşkilati tədbirlər görülüb.

Oqtay Fərzəliyev əsasən əməkdaşlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, həmçinin bu cür hadisələrdə özünü idarə etmək, başqalarına yardım etməyin olduğunu bildirib. Eləcə də ölkədə ötən illərdə baş vermiş təbii və texnogen fəlakətlərin və bu hadisələrdə insan itkisi, zərərçəkənlərlə bağlı foto və video materialları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Məşq müddətində yanğın və başqa fövqəladə hallar zamanı riayət olunmalı təhlükəsizlik qaydalarını özündə əks etdirən videoçarxlar nümayiş olunub.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və təkliflər səsləndirilib.









GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.naza[email protected]